Rusiya ilə Belarusiya arasındakı yaxınlaşma Ukraynanın milli təhlükəsizliyini təhdid edir. SİA xəbər verir ki, bu fikri “1 + 1” telekanalının efirində Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba söyləyib.
"Belarusiyanın Rusiya ilə daha da yaxınlaşması, Rusiyanın Belarusiyadan Ukraynaya qarşı təcavüz yaratmaq üçün istifadə edəcəyi təhlükəsinin simmetrik bir böyüməsidir", deyə nazir bildirib.
Kuleba əlavə edib ki, rəsmi Kiyev qərar qəbul edərkən bu təhlükəni nəzərə almalıdır.
Xatırladaq ki, Ukrayna, Ryanair təyyarəsinin Minskə təcili enişi ilə əlaqədar yaranmış vəziyyətdən sonra Ukrayna ilə mayın 26-dan etibarən uçuşlarını dayandırıb. Həmçinin, Ukrayna hava yolları və təyyarələrinin respublikanın hava məkanında uçuşları da qadağan olunub. Belarus səfirliyi çərşənbə axşamı Ukrayna Xarici İşlər Nazirliyinə etiraz notası göndərib və Kiyevin qərarını siyasi cəhətdən absurd və əsassız adlandırıb.
Nəzərə çatdıraq ki, çərşənbə günündən etibarən Ukraynanın Energetika Nazirliyinin təşəbbüsü ilə Enerji Bazarlarının Tənzimlənməsi üzrə Milli Komissiya Belarusiya və Rusiyadan elektrik enerjisi idxalını dayandırmağa qərar verib. Minsk də cümə günü bir sıra Ukrayna malları üçün fərdi lisenziyalaşdırma rejimi tətbiq edib. Belarusiya Xarici İşlər Nazirliyi rəhbərinin birinci müavini Aleksandr Quryanov, müvafiq hökumət fərmanının Ukraynanın iqtisadiyyatda verdiyi qərarların, xüsusən də MDB sərbəst ticarət rejiminin pozulmasının nəticəsi olduğu kimi izah edib.
Diqqətə çatdıraq ki, Moskva ilə Kiyev arasındakı münasibətlər Donbasdakı vəziyyətə görə ciddi şəkildə pisləşib. Ukrayna hakimiyyəti və Qərb ölkələri əvvəllər dəfələrlə Rusiyanı Ukraynanın daxili işlərinə qarışmaqda günahlandırdılar. 2015-ci ilin yanvarında Ali Rada Rusiyanı "təcavüzkar ölkə" adlandırdığı bir bəyanat qəbul edib. Moskva isə öz növbəsində dəfələrlə Ukrayna münaqişəsinin daxili tərəfi olmadığını və Kiyevin siyasi, eləcə də iqtisadi böhrandan çıxmasında maraqlı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB