İranın cənub-qərbindəki Fars əyalətinin Baba Monir rayonunda zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Fars əyalətinin Baba Monir bölgəsində olan 5 bal gücündə zəlzələ yerli vaxtla 01.05-də qeydə alınıb. Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Qeyd edək ki, zəlzələdə can və ya mal itkisinin olub-olmaması ilə bağlı məlumat verilməyib.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB