Pentaqon rəhbəri İsrailli həmkarı ilə telefonla danışıb

Pentaqon rəhbəri İsrailli həmkarı ilə telefonla danışıb

Pentaqon rəhbəri Lloyd Ostin İsrailli həmkarı Benni Qantz ilə telefon danışığı zamanı ABŞ rəhbərliyinin İsrail və Fələstinlilər arasında atəşkəsin möhkəmləndirilməsi üçün dəstəyini bildirib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ hərbi departamentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

"Lloyd Ostin ABŞ-ın İsrailin təhlükəsizliyini davamlı şəkildə dəstəklədiyini təsdiqləyib. O, administrasiyanın (ABŞ) davamlı təhlükəsizliyin bərpası üçün atəşkəsin gücləndirilməsinə dəstəyini ifadə edib", - açıqlamada deyilir. Tərəflər gələcəkdə ümumi müdafiə məsələlərində sıx koordinasiyada fəaliyyətin davamı barədə razılıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə