Yunanıstanda açıq havada olan kinoteatrların fəaliyyəti bərpa olunur

Yunanıstanda açıq havada olan kinoteatrların fəaliyyəti bərpa olunur

Yunanıstanda koronavirusla bağlı yumşalmalar davam edir.
SİA xəbər verir ki, ölkədə açıq havada olan kinoteatrların fəaliyyəti bərpa olunur, amma onlar xüsusi məhdudiyyətlərlə fəaliyyət göstərəcək. Yalnız tamaşaçıların 75 faizi məsafə saxlanılmaq və maskadan istifadə etməklə kinoteatrlara daxil ola biləcəklər.
Mayın 31-də idman zallarının və sağlamlıq mərkəzlərinin açılması gözlənilir. Ölkədə əhalinin 50 faizinin peyvəndlənməsindən sonra isə hotellər 70 faiz ziyarətçi qəbul edə biləcək. Sentyabrın 1-dən isə yarmarkaların açılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə