Əhalisinin ən az yarısının seçki qutusuna getmək imkanı olmadığı Suriyada qondarma prezident seçkilərində qalib gəldiyini elan edən Bəşər Əsəd Rusiyadan təbrik mesajı alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, rejimin lideri Bəşər Əsədin, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qərarlarına məhəl qoymayan rejim tərəfindən keçirilən qondarma prezident seçkilərində şou namizədləri ilə qalib gəldiyi elan edilib.
Suriyadakı insanların yarısından çoxunun iştirak edə bilmədiyi Əsəd rejiminin möcüzə prezident seçkilərinin nəticələri 26 may tarixində açıqlanıb. Rejim parlamentinin sədri Hammode Sabbag, mətbuata Əsədin sözdə prezident seçkilərində yüzdə 95,1 səs alaraq qalib gəldiyini açıqlayıb.
Sabbag, seçicilərin ən az yarısından çoxunun sandıq başına getmək imkanının olmadığı ölkədə iştirak nisbətinin yüzdə 87,64 olduğunu müdafiə edib. Əsədin 13 milyon 540 min 860 səs aldığını ifadə edən Sabbag, 470 min 276 səs alan şou namizədlərindən Mahmud Merinin yüzdə 3,3 səs aldığını söyləyib.
Ziya Yaqubzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB