Belarus səfirliyinin iki işçisinə qarşı - “PERSONA NON QRATA”

Belarus səfirliyinin iki işçisinə qarşı - “PERSONA NON QRATA”

Litva, Vilnusdakı Belarus diplomatik xidmətinin iki işçisini diplomatik statusla uyğun olmayan fəaliyyət göstərdikləri üçün "persona non qrata" elan edib. SİA xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyinin "twitter" səhifəsində paylaşılıb.

"Litva, Belarusun Vilnusdakı səfirliyinin iki işçisini persona non qrata elan edib. Səbəb olaraq bildirilir ki, onlar diplomatik statusları ilə uyğun olmayan fəaliyyət göstəriblər. Bu, Belarusun Minskdəki Latviya səfirliyinin işçilərini qovmasından sonra Litvanın Latviya ilə həmrəyliyini göstərir", deyə nazirliyin "twitter" səhifəsində qeyd olunur.

Xatırladaq ki, son günlər Belarus ətrafında baş verən hadisələr dünya gündəmini zəbt edib. Ryanair təyyarəsinin yalançı bomba həyəcanı səbəbi ilə eniş etməsi bir çox ölkələr tərəfindən qıcıqla qarşılanıb və müxtəlif ittihamlar səsləndirilir. Halbuki oxşar təcrübə dəfələrlə yaşanıb, bu müvafiq ittihamlar səsləndirilməyib və bu məsələdə də hadisələr eyni ilə təkrarlanıb. Bir sözlə, Belarus iddia olunan bütün ittihamları rədd edir və çox güman ki, iki səfirlik işçisinin “persona non qrata” elan edilməsi kimi, görülən tədbirlər adekvat addımların atılması olaraq dəyərləndirilə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə