Vanetsyandan “məğlubediməz” Ermənistana təbrik mesajı...

Vanetsyandan “məğlubediməz” Ermənistana təbrik mesajı...

…Deyilənə görə, çox vaxt özündən müştəbehlik edib lovğalananlar adətən özlərini cəmiyyətdə təsdiq edə bilməyən insanlar olurlar. Belə ki, onlar lovğalanmaqla özlərini mənəvi cəhətdən rahatlaşdırmaq istəyirlər. Yəni belələri çox vaxt həyatdan məmun olmurlar deyə, lovğalanaraq digərlərinin ona qibtə etdiklərini hiss edərək bununla “rahatlıq tapırlar”.

Əslində, amerikalı yazıçı Samuel Şipmanın sözləri ilə desək, lovqalanmaq, təkəbbür nümayiş etdirmək insanda axmaqlığın ən bariz nümunəsidir.

…Uzatmayaq, ötən gün vaxtilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olarkən Azərbaycana “xox” gələməyi də “özünün müqəddəs erməni borcu” bilən Artur Vanetsyan erməniləri “respublika günü” ilə bağlı təbrik edərək onlara mesaj ünvanlayıb.

Vanetsyan öz mesajında 1918-ci ilin bu günündə “böyük səylər bahasına, erməni dövlətçiliyini” bərpa etdiklərini deyib. Onun sözlərinə görə, həmin ərəfədə ermənilər, guya, qələbə və qəhrəmanlıq döyüşləri nəticəsində “düşmən” təhlükəsi qarşısında bir xalq ordusuna çevriliblər.

Vanetsyanın dediyinə görə, sən demə, ermənilər 1915-ci il “soyqırımı”na “böyük rəşadətlə sinə gəriblər. Hələ bu harasıdır? Artur bunun ardınca “Ermənistanın heç vaxt təslim olmayıb və təslim də ola bilməyəcəyini”-deyəndə, el deyimində olduğu kimi, “adamın əli üzündə qalır”.

“Erməni xalqının əsli nədir, necə və nə vaxt, haradan və hansı yollarla bu yerlərə gəliblər, erməni olmamışdan əvvəl və sonra hansı tayfalarla əlaqədar olublar, onların dilinə və etnik tərkibinə kimlər, necə təsir göstərib?… Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər yoxdur”.

Deyim ki, bunu bir başqası desəydi, təbii ki, qəbul etmək olardı. Amma bunu elə də uzaq olmayan keçmişdə ermənilərin tarixçi alimi Manuk Abeqyan deyib. Hansı ki, həmin ərəfədə, Vanetsyanın baba və ya ulu babası indi yaşadıqları ərazilərdə “gəldim-gördüm və zəbt etdim” prinsipi ilə sülənirdilər. Amma, etiraf edilməlidir ki, hər işlərini “arvadlı-kişili” başqalarına yalmanıb-yaltanmaqda həyata keçirən ermənilər, bu dəfə də həmin o başqa qüvvələrin yardımı ilə indi “bayramını qeyd etdikləri “müstəqil respublika”nı əldə etəyə nail ola bildilər”.

…Burada mənə maraqlı gələn bilirsiniz nədir? Artur Vanetsyanın ermənilərin “qələbə və qəhrəmanlıq döyüşləri” barədə danışması... Burada adamın yalansa… deməyə də dili gəlmir.

…Gərək ki, italıyan yazarının fikridir, deyir ki, insanın təriflənəsi bir şeyi olmayanda öz bədbəxtliyi ilə öyünməyə başlayır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə