31 Mart 2019 seçkilərinin ləğv edilməsindən sonra İBB prezidenti Əkrəm İmamoğluna qarşı, YSK üzvlərini "açıq şəkildə təhqir etdiyinə" görə 4 il 1 aya qədər həbs cəzası tələb edən ittiham aktı hazırlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Anadolu Baş Prokurorluğu tərəfindən hazırlanan iddianamədə, Ali Seçki Şurasında işləyən 11 nəfərin qurban olduğu ifadə edilib.
Ali Seçki Şurası başçılığı tərəfindən edilən cinayət şikayətində, Əkrəm İmamoğlunun 31 Mart 2019-cu il tarixində İstanbul Böyükşəhər Bələdiyyəsinə seçilməsinin 6 May 2019 tarixində ləğv edildiyi qeyd edilib. İmamoğlunun yenilənmiş seçkilərdə yenidən İBB prezidenti seçildiyi və 4 noyabr 2019-cu il tarixli mətbuat açıqlamasında YSK üzvlərini təhqir etdiyi iddia edilib.
Ziya Yaqubzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB