Uşaqlarda koronavirus peyvəndinin vaxtı - AÇIQLANIB

Uşaqlarda koronavirus peyvəndinin vaxtı - AÇIQLANIB

Almaniyada 12 yaşdan yuxarı uşaqların Covid-19-a qarşı peyvənd olunacağı tarix açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Almaniya prezidenti Angela Merkel, Covid-19 virusu ilə bağlı keçirdiyi iclasda 7 iyundan etibarən 12 yaşdan yuxarı uşaqların peyvənd olunacağını və bu vaksinasiyanın könüllü olduğunu bildirib.

Merkel qeyd edib ki, bu vaksinasiya Almaniyanın digər əyalətlərində də aparılacaq. Vaksinasiyanın aparılmasının əsas səbəbləri isə təhsil ocaqlarının bağlanmaması, şagirdlərin dərslərdən yayınmamasıdır.

ABŞ-ın keçdiyimiz günlərdə “BioNTech/Pfizer” vaksinasiyanın 12-15 yaş qrupuna daxil olan uşaqların peyvənd olunması qərarının təsdiq edilməsindən sonra, Avropa dərman birliyinin 12-15 yaş qrupuna daxil olan uşaqların vaksinasiyasına cümə günü qərar verilməsi planlaşdırılıb.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə