Co Baydenin təlimatına Çindən - SƏRT REAKSİYA

Co Baydenin təlimatına Çindən - SƏRT REAKSİYA

Co Baydenin ABŞ kəşfiyyatından istədiyi koronavirus hesabatına Çin sərt reaksiya verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Co Bayden, Amerika kəşfiyyat xidmətlərinə 90 gün ərzində koronavirusun mənşəyi ilə bağlı hesabat hazırlayıb ona təqdim etməyi əmr etdikdə Çindən sərt reaksiya gəlib.

Çin Xarici İşlər Nazirliyinin müşaviri Zhao Lijian, Co Baydeni rəhbərliyinin "məqsəd və hədəflərinin açıq olduğunu" iddia edərək, epidemiya ilə bağlı yeni bir araşdırmanın aparılmasının vacibliyini rədd edib.

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə