Bəşər Əsəd yenidən prezident seçilib

Suriyada mayın 26-da keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb. SİA yerli KİV-lərə istinadla bildirir ki, nəticələri Suriya parlamentinin sədri Hammud Sabaq elan edib.

Sabaqın sözlərinə görə, səsvermədə 14 milyon Suriya vətəndaşı iştirak edib. 13 milyon 540 min 860 seçici səslərini Əsədə verib və beləliklə o, seçicilərin 95,1%-nin səsini toplayaraq qalib olub.

Xatırladaq ki, 7 il müddətinə seçiləcək prezident postu uğrunda 3 namizəd - hazırkı Prezident Bəşər Əsəd, Sosialist İttifaqçı Partiyasından keçmiş millət vəkili Abdullah Sallum Abdullah və vətənpərvər müxalifətin nümayəndəsi Mahmud Əhməd Murai mübarizə aparırdı.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə