Fransa soyqırımı qəbul etdi

Fransa Prezidenti Emmanuel Makron, 1994-cü ildə Ruandada 800 mindən çox insanın həlak olduğu soyqırımda ölkəsinin rolunu tanıdıqlarını dilə gətirib. SİA-nın xarici mətbuatdan istinadən verdiyi məlumata görə, Makron, Ruandadakı soyqırım anım mərasimindəki çıxışında “Mən məsuliyyətlərimizi dərk etdim. Fransanın Ruandada bir rolu, keçmişi və siyasi məsuliyyəti var” deyib.

Ruanda 1994-cü ildə Hutular, o zamankı prezident “Juvenal Habyarimana”nın təyyarəsinin qəzaya uğramasından məsul olduqları Tutsiyə qarşı bir soyqırım ediblər. Ölkədəki 100 günlük qırğında 800 mindən çox Tutsi ölüb. Fransa isə bu soyqırımda silah-sursat köməkliyi elədiyi üçün qınanıb.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə