"Vogue" moda jurnalında gözlənilməz - SEÇİM

"Vogue" moda jurnalında gözlənilməz - SEÇİM

Norveçdə Somalidən olan hicablı model və aktivist Ravdah Mohamed "Vogue" jurnalının redaktoru seçilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hicablı model qərbdə ilk dəfə moda jurnalına redaktor olaraq seçilən baş örtülü qadındır. Ravdah bu günə qədər də moda aləmində öz sözünü deyən və tanınan hicablı modeldir.

Qeyd edək ki, o, həm də bu vaxta qədər bir çox jurnalın üz qabığında yer alan, Milano moda həftəsində podyuma çıxan yeganə hicablı modeldir. Mohamed yeni vəzifəsi ilə bağlı Norveç televiziyasına müsahibə də verib. O, müsahibəsində: "Öz hekayəsini danışa bilməyən və özünü ifadə edə bilməyən xanımları təmsil edirəm və bu yeni vəzifəmlə qürur duyuram" deyib.

Xatırladaq ki, Ravdah keçən ay hicablı qadınların haqqlarını qorumaq üçün aksiya başladıb və yaşı 18 dən az olan qızların haqqını qoruyub. O, "Handsoffmyhijab" (hicabımdan əlinizi çəkin) etiketi altında "haştag" kampaniyası başladıb və bu kampaniya sosial mediada sürətli şəkildə yayılıb.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə