ABŞ-da qayığın aşması nəticəsində 2 nəfər ölüb, 10 nəfər itkin düşüb

ABŞ-da qayığın aşması nəticəsində 2 nəfər ölüb, 10 nəfər itkin düşüb

ABŞ-ın Florida ştatına məxsus “Florida Keys” arxipelağında qayığın aşması nəticəsində 2 nəfər ölüb, 10 nəfər itkin düşüb.

SİA “Associated Press”ə istinadən məlumat verir ki, hadisə ilə bağlı ABŞ Sahil Təhlükəsizlik Xidmətinə yerli vaxtla saat 13:00-da məlumat daxil olub.

Xilasedicilər 8 heyət nəfərini sudan çıxara bilib, onlardan 2-nin öldüyü müəyyən edilib.

Gəminin təyinatı və hansı səbəbdən qəzaya uğraması barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə