Çex Respublikasının mədəniyyət naziri yol qəzası keçirib

Çex Respublikasının mədəniyyət naziri yol qəzası keçirib

Çex Respublikasının mədəniyyət naziri Lubomir Zaoralekin xidməti avtomobilində Ostrava şəhərinə gedərkən yol qəzasına düşüb.

SİA yerli “Çex Radiosu”na istinadən xəbər verir ki, hadisə magistral yolun 19-cu kilometrliyində baş verib.

Nazirin olduğu avtomobil Bolqarıstandakı nəqliyyat şirkətlərindən birinə aid olan yük maşını ilə toqquşub.

Polisin verdiyi məlumata görə, zərərçəkən olmasa da Praqa istiqamətindəki magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə