Bəşər Əsəd prezident seçkilərinin qalibi olub

Bəşər Əsəd prezident seçkilərinin qalibi olub

Suriya Xalq Şurasının (parlamentinin) sədri Hammuda Sabaq Ərəb mayın 26-da keçirilən ölkə prezidenti seçkilərində səsvermənin nəticələrini açıqlayıb.

SİA-nın məlumatına görə, parlamentin sədri bunu Dəməşqdə keçirilən mətbuat konfransında edib.

H.Sabaq bildirib ki, hazırkı prezident Bəşər Əsəd seçicilərin 95,1%-nin dəstəyini alaraq seçkilərdə qalib gəlib.

Parlament sədrinin bildirdiyinə görə, seçici fəallığı 78 faiz olub və 14 milyondan çox vətəndaş öz iradəsini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə