Suriyadakı seçkiləri AB tanımadı

Suriyadakı seçkiləri AB tanımadı

Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə rəsmi nümayəndəsi Cozef Borel, Suriyadakı prezident seçkilərinin azad və ədalətli olmadığını bildirib. SİA xəbər verir ki, bu səbəbdən AB nəticələri tanımayıb. AB xarici işlər nazirlərinin Portuqaliyada keçirdiyi görüşdən sonra bir açıqlama verən Borel qeyd edib ki, dünən Suriyada keçirilən seçkilərin ədalətli olmadığını, münaqişənin həllinə qatqı verməyəcəyini və heç bir nəticəyə yol verməyəcəyini düşünürük: “Suriya rejimi ilə beynəlxalq normallaşma olmayacağını düşünürük”.

Suriya prezidenti Bəşər Əsədin müşaviri Buseyna Şaban, Qərbin təbliğatına baxmayaraq, seçkilərə qatılan vətəndaşların ölkə rəhbərliyinə dəstək olduqlarını göstərib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə