“Twitter”ə 19 milyon rubl - CƏRİMƏ

Rusiyada məhkəmə, mərkəzi ABŞ-da olan “twitter” sosial media platformasında inzibati xətaya görə 19 milyon rubl cərimələyib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Rabitə Nəzarət Təşkilatı (Roskomnadzor) tərəfindən “Twitter”ə qarşı açılan iddia Moskvadakı Taqanskiy məhkəməsində dinlənilib. Məhkəmə, Rusiyada qadağan edilmiş məzmuna “twitter” vasitəsi ilə daxil ola biləcəyi üçün şirkətin qanunvericiliyə uyğun gəlməməsinə qərar verib və “twitter”ə 19 milyon rubl cərimələyib.

Qeyd edək ki, dünən ölkədə baş verən analoji iddia nəticəsində “facebook” da 26 milyon rubl cərimələnib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə