Abidə ucaltmaq fikrinə NAZARBAYEV REAKSİYA VERDİ

Abidə ucaltmaq fikrinə NAZARBAYEV REAKSİYA VERDİ

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev respublikada onun üçün başqa bir abidə ucaldılması fikrini dəstəkləməyib. SİA xəbər verir ki, bu barədə cümə axşamı mətbuat katibi Aidos Ukibay məlumat verib.

"Millət Lideri Elbası bu fikri və bu ana qədər olan bir çox belə məsələləri dəstəkləməyib. Abidələrin yaradılması, memarlıq obyektlərinin adlarının dəyişdirilməsi ilə əlaqəli bu cür "hədiyyələri" qətiliklə sevmir, xüsusən də bu "hədiyyələr" yerli məmurlar tərəfindən təşkil edilərsə, heç razılaşılmır", deyə Ukibay Qazaxıstanın tengrinews.kz portalına verdiyi müsahibədə bildirib.

Mətbuat katibinin sözlərinə görə, Nazarbayev artıq bir neçə dəfə bu cür diqqət əlamətlərinə, belə məsələlərə ehtiyac olmadığını bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə