Mədəsində unudulmuş qayçı ilə 2 ay yaşadı

Mədəsində unudulmuş qayçı ilə 2 ay yaşadı

Quş adasında yaşayan Nurcihan Öğmən, mədə şikayətləri səbəbi ilə xüsusi bir xəstəxanada əməliyyat edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, əməliyyatdan sonra Öğmən getdikcə daha da ağrıyıb və 2 aydan sonra getdiyi Sökə Dövlət Xəstəxanasında aparılan müayinədə qarın boşluğunda qayçı unudulduğunu öyrənib.

Xəstənin 2 aydır qarnında unudulmuş qayçı ilə yaşadığını başa düşən həkimlər, Nurcihan Öğməni əməliyyata alıb. Qadının qarınındakı unudulmuş qayçı çıxarılıb.

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə