Qəzzaya 500 milyon dollarlıq dəstək

Qətər Qəzzanın yenidən qurulması üçün 500 milyon dollar dəstək verəcəyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qətər xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Sani "twitter" hesabında Fələstindəki qardaşlarımızı müstəqil bir dövlət quraraq ədalətli və davamlı həll yolu tapması üçün dəstək verməyə davam edəcəklərini deyib.

Əl Sani, ölkəsinin Qətər əmiri Şeyx Tamim bin Hamed Al Saninin əmri ilə Qəzzanın yenidən qurulması üçün 500 milyon dollar dəstək verəcəyini bildirib.

Ziya Yaqubzadə

Bütün xəbərlər Facebook səhifəmizdə