Çin hökumətindən dünyanı qorxuya salan açıqlama

Çin hökumətindən dünyanı qorxuya salan açıqlama

Çin bu gün artıq böyük kiber döyüşçülər qrupuna sahib olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kiber döyüşçülərdən ibarət olan komanda Çin Xalq Qurtuluş Ordusunun (PLA) internet şəbəkələrini xarici hücumlardan qorumaq məqsədini daşıyır. Bu açıqlama internet şəbəkələr və gizli sənədlərinin Çinin hücumuna məruz qalmasından qorxan xarici dövlətləri təşvişə salıb. Çinlilər 30 nəfərdən ibarət olan qrupun adının \"Mavi Ordu\" olduğunu açıqlayıblar. İngiltərənin \"Times\" qəzetinə müsahibə verən keçmiş PLA generalı \"Mavi Ordu\"nun üzvlərinin xüsusi olaraq seçildiyini və inanılmaz dərəcədə bacarıqlı şəxslər olduğunu söyləyib. \"Mavi Ordu\"nun Çinin ən bacarıqlı şəxslərindən seçildiyi və PLA-da vəzifə sahibi olan zabit, əsgərlər, universitet şagirdləri və xalq arasından seçilən insanlar olduğu güman edilir. Çinin müdafiə naziri də bu komandanın yaradılmasının təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə