ABŞ-da silahlı hücum - çox sayda ölü və yaralı var

ABŞ-da silahlı hücum - çox sayda ölü və yaralı var

Son xəbərlərə görə, ABŞ-ın Kaliforniya əyalətinin San Xose şəhərində baş verən silahlı hücumda bir çox insanın həyatını itirdiyi və bir çoxunun da yaralandığı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, San Fransisko şəhərinin cənubundakı San Xose polis idarəsinin "twitter" hesabı, şəhər mərkəzindəki silahlı hücuma polis qruplarının müdaxiləsinə dair məlumat paylaşıb.

Yazıda, Santa Klara bölgəsi polis şöbəsi qruplarının da hadisə yerində olduqları, "Bu davam edən aktiv bir hadisədir, istintaqımızı apararkən hər kəsdən bölgədən uzaq durmalarını xahiş edirik" xəbərdarlığı edilib.

Qısa müddət sonra Amerika mediasına açıqlama verən polis məmurları silahlı hücumda çox sayda insanın öldüyünü və çox sayda insanın yaralandığını bildirib.

Hadisə ilə bağlı istintaq başlayarkən, bölgə prokurorluğunun növbəti saatlarda mətbuat konfransı keçirəcəyi qeyd edilib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə