Fransızlar Makronun "davranışlarından" utanırlar

Fransızlar Makronun "davranışlarından" utanırlar

AB ölkələri liderlərinin zirvə görüşündən sonra keçirdiyi mətbuat konfransında Fransa prezidenti sanksiya siyasətinin təsirsiz olduğu üçün Moskva ilə münasibətlərə yenidən baxılması lazım olduğunu bildirib. SİA xəbər verir ki, "Le-Figaro" oxucuları Fransa lideri Emmanuel Makronun Rusiya haqqında söylədiklərinə reaksiyalarını gizlətməyiblər və açıq-aşkar nümayiş etdiriblər.

"Avropa Birliyində söylədiklərinin heç birini Putinin üzünə deməyə Fransa prezidenti cəsarət etməyəcək. Heç bir sanksiya və ya müharibə Rusiyanı yerindən tərpətməz, çünki Rusiya heç vaxt nəzarət altında olmağa razı olmayacaq", deyə qəzetin oxucularından biri fikirlərini ifadə edib.

Şərhlərdə, "Makron Kremlə basqın edəcək" kimi istehza ilə bildirilən fikirlər də var.

"Təxminən on il boşa getdi və aydındır ki, Rusiya ilə münasibətlərində imtiyazını itirən Avropa Birliyi üçün heç bir şey əvvəlki kimi olmayacaq", deyə istifadəçilərdən digəri əsəblərini cilovlaya bilməyərək yazıb.
"Makron açıq şəkildə oyundan kənardadır və bu gülüncdür, amma əsl problem ölkəsini gülünc vəziyyətə qoymasıdır", deyə oxuculardan biri də xəcalət hissini ifadə edib.

Qeyd edək ki, fransızların əksəriyyətinin Fransa prezidenti Emmanuel Makronun hərəkətlərindən, sözlərindən, ümumilikdə davranışlarından utandığı, xəcalət çəkdikləri bəlli olur. Fransa prezidentinin gülüş hədəfi olması deyilənləri təsdiqləyir və göründüyü kimi, Makron lağ hədəfindədir.

Xatırladaq ki, Avropa Birliyi, 2014-cü ilin mart ayında Rusiya fiziki və hüquqi şəxslərinə qarşı fərdi sanksiyalar tətbiq edib, o vaxtdan bəri sanksiya hər altı ayda bir uzadılıb. Fərdi sanksiyalara əlavə olaraq bir sıra sektoral iqtisadi məhdudiyyətlər də əlavə edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə