Rusiyalı pivəsevərdən ermənilərə “ağıllı” tövsiyələr…

…Fallığını itirən toyuqdan daha yumurta ummağa dəyməz…
Rusiyalı pivəsevərdən ermənilərə “ağıllı” tövsiyələr…

Türk dillərində azmaq sözü var. Bəzi hallarda el arasında ardıcıl olaraq səhvə yol verən adamları “yolunu azmış” kimi də xarakterizə edirlər. Bizlərdə bəzən toyuq fallığını itirəndə “ya­zıxıb” deyirlər. Yəni yazıq toyuqdan daha yumurta ummağa dəyməz…

…Nə demək istəyirəm? Artıq neçə müddətdir ki, erməni saytları onların nəfinə müsahibə verən, yəni ermənilərə sadəcə olaraq dəstək verən “müsahiblər” tapıb onlardan açıqlamalar almaqla məşğuldurlar. Etiraf edilməlidir ki, tapırlar da.

Təbii ki, dünyamız nəsli-nəcabəti məlum olmayan, pul müqabilində hər cür alçaqlıqlara qol qoyanlarla doludur. Onlar alacaqları ianə müqabilində hər cür rəzilliklərə imza atmağa hazırdırlar.

Əslində, belələri üçün daşıdığları vəzifənin məsuliyyətindən daha çox onlara “göstərilən hörmətdir”. Məsələn, elə Avrasiya İqtisadi Birliyi İnstitutunun direktoru Vladimir Lepexin kimi. Bu gün ölkəsində daha çox Rusiya Pivə Sevənlər Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü kimi tanınan Lepexin, deyəsən, İrəvanda keçirilən forumda pivə ilə konyakı qarışdırıb deyə, ermənilərə “mədhiyyə” oxumağa başlayıb.

Əvvəla, Rusiyanı Ermənistanın da “sahib olduğu” dünyanın ən nəhəngi adlandıran Lepexin, nədənsə, erməniləri acizlikdə, yəni bundan yararlanmamaqda ittiham edib. Daha sonra, təəssüfünü belə gizlətmədən o, hazırda Rusiyada parçalanma olduğunu, hətta yaxından tanıdığı dostlarının belə Türkiyə və Azərbaycanın maraqlarına önəm verməyə başladıqlarını etiraf edib.

Lepexinə görə, buna baxmayaraq, bu gün Rusiyada, Ermənistan və ermənilərə qarşı “çox böyük bir sevgi” var. Yəni rus əhlinin 80 faizi və hətta bundan da çoxu Ermənistanı Belarusiya ilə yanaşı Rusiyanın ən yaxın müttəfiq hesab edirlər.

Qeyd edək ki, Lepexin buna dair nümunələr də göstərir. Məsələn, bu gün erməni sərhədlərini kimlər qoruyur, təbii ki, rus hərbçiləri. Rusiyalı institut direktoru, Vladimir Solovyov və Vladimir Jrinovskinin qulağından uzaq, rus hərbçilərinin hətta Ermənistan uğrunda canlarını belə “fəda etməyə” hazır olduqlarını bildirib. Təbii ki, nə Lepexin, nə də onun övladları bu zümrəyə aid deyil.

Çünki o bunu deyərkən Rusiyanın sayını itirdiyi uşaq evlərində böyüyən rus hərbçilərini nəzərdə tutur.

… Bu gün Rusiya ilə Ermənistan arasında yeni bir hərbi ittifaq qurulduğunu bəyan edən Lepexin ermənilərlə bağlı “öz iradlarını” da bildirib. Deyib ki, qulağına çatan məlimatlara görə, bəzi ermənilər Qərbə boylanmaq istəyirlər. Hətta, onun qulağıma çatan digər məlumatlara görə, bəzi ermənilər bunula bağlı öhdəlik” də götürüblər.

Rusiyalı pivəsevərə görə, bu çox yanlış yoldur. Çünki son 200 ildə olduğu kimi, bu gün də erməni təhlükəsizliyinin qarantı Rusiyadır. Ona görə də, ermənilər Qərblə Rusiya arasında seçim etməkdən çəkinsinlər. Rusiyada ki, “imkan daxilində” ermənilərə “öz yardım əlini uzadacaq”…Nədənsə, burada yenidən yadıma falını itirən toyuğun “ya­zıx”lığı düşür..

Əslində, burada Lepexini də başa düşmək lazımdır. O boyda yolu basıb İrəvana gəlib, ermənilərin könlünü “xoş etmək” üçün o da nəsə deməlidir. Amma, onun dedikləri daha çox Konstantin Melaxinin söylədiyi fikirlərə bənzəyir: “…yəni, necə ər istəyirsən kasıb, yoxsa varlı? Kasıba ərə gedəcəksən, ərindən başqa heç nəyin olmayacaq. Varlıya ərə gedəcəksən, ərindən başqa hər şeyin olacaq”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə