“Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden Belarusiyanı müzakirə etmək istəyirlərsə, "qoy danışsınlar və bu söhbətin Minskdə keçirilməsini təklif edirəm". SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Belarusiya prezidenti Aleksandr Lukaşenko deyib.
"Mən açıq şəkildə dəvət etmək istəyirəm ki, əgər Belarusiya problemlərini müzakirə etmək istəsələr, bizə gəlsinlər. Hər ikisinə layiq şəkildə onlarla görüşəcəyəm, bütün problemləri müzakirə edəcəyik. Hətta, Ağ Evin mətbuat katibi Psakinin bütün axmaq fikirlərini də dinləyəcəyəm. Səmimi bir söhbət olacaq. İsveçrədə oturub Putinə Belarusiya problemləri barədə danışmaq gülüncdür", deyə Belarusiya prezidenti bildirib və Sputnik Belarus onun sözlərini sitat gətirib.
Lukaşenko qeyd edib ki, Rusiya və ABŞ prezidentlərinin qarşıdakı görüşü indi mediada ciddi şəkildə müzakirə olunur, digər şeylər arasında dövlət başçılarının Ukrayna və Belarusiyanı müzakirə etmək istədikləri açıqlanıb. Dövlət başçısı əlavə edib ki, əgər ABŞ və Rusiya liderləri Belarusiyanı müzakirə etmək istəsələr, bunu Minskdə etsələr yaxşıdır. Eyni zamanda, Lukaşenko rusiyalı həmkarının respublikaya məmnuniyyətlə gələcəyinə inandığını da bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB