Kanada NATO əməliyyatının detallarını açıqladı

Kanada NATO əməliyyatının detallarını açıqladı

Kanada səssizliyini pozub. SİA-nın məlumatına görə, NATO-nun Liviyadakı əməliyyatına qoşulan Kanada hərəkatla bağlı bir sıra detalları açıqlayıb.

Bununla bağlı Kanada ordusunun generalı Riçard Blançette Ottavada mətbuat konfransında çıxış edib. General bütün məsələlərə toxunmasa da, bir sıra məqamlara aydınlıq gətirib: \"Martın 31-dən bu günə qədər Kanada döyüş təyyarələri Liviyadakı əməliyyatda hər biri 227 kiloqram olan 2460 hissiyatla idarə olunan bombadan istifadə edib. Bununla yanaşı, 1300 bombaya da ehtiyac var. Əməliyyatın təhlükəsizliyinin qorunması baxımından bəzi məlumatları açıqlaya bilmərəm. Ancaq bu sirr deyil ki, bombaları ABŞ-dan alırıq. Hər bombanın qiyməti isə 00 min dollardır. Kanada təyyarələrinin konkret hansı hədəfləri vurduğunu deyə bilmərəm, amma bu bilinsin və qəbul edilsin ki, bu əməliyyat Kanadaya deyil, NATO-ya məxsusdur\".

Bütün xəbərlər Facebook səhifəmizdə