Səfir: “Müxalifətin Tiflisdə aksiyalar keçirməsi əslində xalqa və gürcü dövlətinə qarşı yönəlib”
"Mən hesab edirəm ki, Gürcüstanın müstəqilliyinin 20 illik yubileyi qeyd edildiyi bir vaxtda müxalifətin Tiflisdə aksiyalar keçirməsi əslində xalqa və gürcü dövlətinə qarşı yönəlib". SİA-nın xəbərinə görə, bu sözlər Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzeyə məxsusudur. Səfirin sözlərinə görə, Gürcüstan müxalifətnin irəli sürdüyü tələblər əsassızdır və təşkil olunan aksiyalar sabitliyə xələl gətirə bilər.
Gürcüstanda müsəlman ruhani idarəsinin yaradılmasına gəlincə səfir bildirib ki, yaradılan idarə dövlət təsisatı deyil, qeyri-hökumət təşkilatı səviyyəsində qurumdur. T. Şaraşenidze hesab edir ki, yeni yaradılan qurumun məram və məqsədini başqa cür yozmaq üçün heç bir əsas yoxdur. Belə ki, yeni təşkilat Gürcüstan xalqları arasında dostluq münasibətlərinin daha dərin təmin olunması məqsədilə yaradılır: "Ölkənin digər milli icmalara münasibətdə də oxşar siyasət yeridilir. Bunun dinə aidiyyəti yoxdur. Bu qurum sadəcə Gürcüstan müsəlmanlarının vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB