Yaponiya və Rusiyanın balıqçı gəmiləri toqquşub, 3 nəfər ölüb

Yaponiya və Rusiyanın balıqçı gəmiləri toqquşub, 3 nəfər ölüb

Yaponiyanın şimal sahillərində yapon və Rusiya gəmiləri toqquşublar. Hadisə Oxot dənizində, Hokkaydo adasından 23 km aralıda baş verib.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində üç yapon balıqçısı həlak olub.

Bildirilir ki, hadisə zamanı yapon gəmisi çevrilib. Toqquşan gəmilərdən biri olan Rusiya "Amur"unun su basımı 662, yapon balıqçı gəmisinin su basımı isə 9,7 tondur.

Bütün xəbərlər Facebook səhifəmizdə