Qəzzaya ABŞ-dan dəstək

ABŞ Qəzzanın bərpasına dəstək verəcəyini söyləyib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Katibi Antoni Blinken, ölkəsinin atəşkəsin qalıcı edilməsi səyləri çərçivəsində İsrailin hava bombardmanları nəticəsində dağılmış Qəzzanın yenidən qurulmasına dəstək verəcəyini söyləyib. İsrailin baş naziri ilə görüşdən sonra danışan ABŞ dövlət katibi Blinken Qəzzanı idarə edən Həmasın ABŞ-ın bu dəstəyindən faydalanmasının qarşısını almaq üçün hər cür tədbiri görəcəklərini vurğulayıb.

Xatırladaq ki, ötən həftə Misirin vasitəçiliyi ilə razılaşdırılan atəşkəsdən əvvəl Qəzzadan atılan raketlər və İsrail döyüş təyyarələrinin bombardmanı nəticəsində 250-dən çox insan ölüb.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə