Baydenlə Putin arasında "çətin söhbətə" hazırlıq AĞ EV TƏRƏFİNDƏN GÖRÜLÜR
Amerika lideri Co Bayden Rusiya prezidenti Vladimir Putin ilə görüşündə strateji sabitlik, Ukrayna və Belarus məsələlərini müzakirə edəcək. SİA xəbər verir ki, bunu Ağ Evin sözçüsü Cen Psaki söyləyib.
Qeyd edək ki, dövlət başçıları iyunun 16-da İsveçrənin Cenevrə şəhərində görüşəcəklər.
Psakiyə görə Ağ Ev, Putin və Baydenin strateji sabitlik və silah nəzarətinə kifayət qədər vaxt ayırmalarını gözləyir.
Bildirilir ki, bununla yanaşı, Bayden Putinlə görüşdə Ukrayna mövzusunu gündəmə gətirməyi planlaşdırır. Ağ Ev, ABŞ prezidentinin "Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə" ABŞ-dan dəstək vermək niyyətində olduğu vurğulanır.
İki liderin görüşündə bir başqa mövzunun da Belarus olacağı deyilir.
Psaki, önümüzdəki həftələrdə yeni mövzuların ortaya çıxacağını da istisna etməyib. O, Ağ Ev adından, ABŞ-ın fikir ayrılıqları olduğu liderlərlə görüşməyin vacibliyini vurğulayıb.
"Biz Rusiya prezidenti ilə görüşə mükafat kimi deyil, Amerikanın maraqlarını qorumağın vacib bir hissəsi kimi baxırıq", deyə Psaki bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB