Ölkənin işlərinə qarışmaqda Rusiyanı günahlandıran İTALİYANIN BAŞ NAZİRİDİR

İtaliyanın baş naziri Mario Draqi, Rusiyanı bu ölkənin işlərinə müdaxilə etmək cəhdlərində günahlandırıb. SİA xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

"Xüsusilə kiber təhlükəsizliklə əlaqəli güclənməliyik. Müdaxilənin səviyyəsi həyəcan vericidir. Söhbət bu yaxınlarda gördüyümüz, rastlaşdığımız casusluq, eləcə də internet üzərindən edilən hərəkətlərdən gedir", deyə Draqi, Avropa Birliyi sammitinin sonunda bildirib.

Avropa Birliyi ölkələrinin liderlərinin Rusiyaya qarşı siyasəti müzakirə etdikləri və Avropa diplomatiyasının rəhbəri Josep Borrellə bu mövzuda bir hesabat hazırlamağı tapşırdıqları qeyd olunur.

Xatırladaq ki, bir qədər əvvəl Fransa Silahlı Qüvvələri Baş Qərargahının rəhbəri Rusiyanı "çox aqressiv bir rəqib" adlandırmışdı. General Rusiyanı seçkilərə müdaxilə etməklə yanaşı, demokratiyanı zəiflətməyə çalışmaqda da günahlandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə