Ermənistanda sənaye istehsalı geriləyir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, üstəlik, bu hal mədən sənayesi də daxil olmaqla bütün sənaye sektorunu əhatə edir. Həmçinin bildirilir ki, Ermənistanın kənd təsərrüfatı göstəriciləri hələ hazır deyil.
Ermənistan Milli Statistika Komitəsinin məlumatına görə, yanvar-mart aylarında emal sənayesindəki göstəricilər demək olar ki, 12% azalıb. Qeyd olunur ki, əsas sənaye sahələri arasında siqaret istehsalı da azalıb. Eyni zamanda, alkoqol istehsalının 4 %, metal məhsulların isə demək olar ki, 50 % azaldığı bildirilir. Həmçinin bildirilir ki, Zərgərlik istehsalı demək olar ki, 80 % azalıb.
Xatırladılır ki, idxal göstəricilərinin aşağı olması da müəyyən edilib və bu, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması və eləcə də dolların qiymətinin kəskin dəyişməsi, oynaması ilə əlaqələndirilir. Qeyd olunur ki, dolların məzənnəsinin Ermənistan dramına nəzərən kəskin böyüməsi səbəbindən idxal malları bahalaşır və az alıcılıq qabiliyyəti olan Ermənistan əhalisi üçün daha az əlçatan olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB