Zatulinin ermənilərdən "ümid dolu gözləntiləri"...

Zatulinin ermənilərdən "ümid dolu gözləntiləri"...

Bax, ermənilərə “əsl dost” Konstantin Zatulin kimi olar: “yağmasa da, guruldamağı bacarır”. Doğrudur, elə əvvəldən də o, ermənilər üçün “al, Zatulin” olub, “ver Zatulin” olmayıb. Amma son zamanlar “al, Zatulin”də bəzi problemlər yaransa da, buna baxmayaraq, o, ermənilərə olan “sədaqətini” müxtəlif vasitələrlə göstərməyə çalışır. Belə görünür ki, Zatulin nəyə isə ümidlidir. Əgər belə olmasaydı, Rusiya Dövlət Dumasının millət vəkili, MDB Ölkələri İnstitutunun rəhbəri Konstantin Zatulin “zəhmət çəkib” müsahibə yaymaqla “ermənilərə olan sevgisini” nümayiş etdirməzdi.

Beləliklə, Zatulin öz müsahibəsində son günlər Ermənistanda yaşanan hadisələrin Moskva tərəfindən yaxından izləndiyini və Kremlin digər KTMT üzvləri kimi Ermənistanın təhlükəsizliyinin qarantı olduğunu bildirir. Qeyd edək ki, o, Rusiyanın imkanlarının təkcə Ermənistandakı qoşun sayı ilə məhdudlaşmadığını deyir. Ermənilərin düşdüyü acınacaqlı hala diqqət cəkərək, onlara “təsəlli verir”, Rusiyanın Ermənistan kimi “sədaqətli bir dövlətlə” hərbi əməkdaşlığını bundan sonra da inkişaf etdirəcəyini bildirir. Ermənilərin KTMT-yə müraciətinə gəlincə, Zatulin, burada hələ ki, qruma daxil olan ölkələr arasında “məsləhətləşmələr” getdiyini bəyan edir. Təbii ki, o da bəzi həmfikirləri kimi, bu “məsləhətləşmələrin” heç bir effekt verməyəcəyini yaxşı anlayır. Çünki, ədalətin Azərbaycan tərəfində olduğu barədə ermənilərdən də əvvəl məlumatlıdır.

Əslində, burada Zatulinin ermənilər üçün “canıyananlıq” nümayiş etdirməyə çalışması çox gülünc görünür. Çünki ermənilərin bu gün zəlil günə düşmələrinin əsas səbəbkarlarında biri də məhz elə Konstantin Zatulinin özüdür.

Belə ki, vaxtilə ermənilərə “Qarabağın müstəqilliyinin geridönməz” olduğunu, Gümrüdəki rus hərbi bazanın “yaraşıq üçün olmadığını” ermənilərə inandırmağa çalışanlardan biri, məhz erməni puluna həris Konstantin Zatulin olub. Hətta, xatırlamış olarsınız, Moskvadakı Jurnalistlərin Mərkəzi Evində keçirilən bir tədbirdə Zatulin utanmadan Ermənistanı Qafqazın ən “problemsiz” ölkəsi olduğunu bildirmişdi. Şübhə yoxdur ki, bütün bunları ona ermənlərdən aldığı pullar dedirdirdi.

...Onu da xatırlamış olarsınız: SİA bir müddət bundan əvvəl Rusiyanın özündə belə qalmaqallı, keçmişi qaranlıq bir siyasətçi kimi tanınırnan Zatulın barədə məlumat vermişdi.

Belə görünür ki, rusiyalı siyasətçidə pul hərisliyi yenidən baş qaldırıb. Bir müddət bundan əvvəl ermənilərə qoşulub faşistlərin tulası olmuş Qaregin Njde müdafiə etməklə “filan qədər qabağa düşən” Zatulın, indi yenidən ermənilərdən almaq istədiyi ianə üçün “diş qıcıdıb”.

...Amma bir şeyi unudur ki, bu gün ermənilər günlərini “tirdə köpüyə güllə atmaqla” keçirirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə