Malta Respublikasının xarici və Avropa işləri naziri Evarist Bartolo, II dünya müharibəsi və Rusiyanın qələbədəki rolu ilə əlaqədar tarixi həqiqətlərin təhrif olunmaması lazım olduğunu söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, nazir bu sözləri Soçi görüşmələrinin ardından Rusiya XİN rəhbəri Sergey Lavrov ilə keçirdiyi konfransda deyib.
"Tarix dərslərindən öyrənmək, səhvlərini təkrarlamaq istəmiriksə, ikinci dünya müharibəsinin qiymətləndirilməsinə düzgün yanaşmalıyıq. İkinci dünya müharibəsindən alınan faciəli dərsləri saxtalaşdıra bilmərik", deyə Malta Respublikasının xarici və Avropa işləri naziri bildirib.
"İkinci dünya müharibəsi ilə əlaqəli tarixi həqiqət təhrif edilə bilməz. Rusiyanın bütün planet üçün təhlükə yaradan nasizm üzərində qələbədə oynadığı mühüm rolu azaltmaq tamamilə mənasızlıq və vicdansızlıqdır", deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB