ABŞ generalı PKK-nın Suriyadakı qolu kimi tanınan YPG-nin üzvləri ilə görüşüb və terrorçulara bağışladıqları zirehli "Bradley" maşınları önündə birgə foto çəkdirib.
Xəbərin təfsilatında deyilir ki, ABŞ Dövlət Katibinin müavini Jo Hudun rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti 16 may tarixində Suriyanın Raqqa şəhərində YPG səlahiyyətliləri ilə görüşdükdən sonra ABŞ Mərkəzi Qüvvələri (Centcom) komandanı general Frank MakKenze Suriyanın ən böyük hərbi birləşmənin YPG-yə aid olduğunu söyləyib və ərazini gəzib.
İŞİD terror təşkilatına qarşı əməliyyatlar komandirinin müavini ingilis general Riçard Bell ABŞ generalını müşayiət edib. Amerikalı general Suriyaya səfəri zamanı zirehli maşınların qarşısında pozlar verməklə yanaşı, həm də terror təşkilatı YPG liderləri ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB