Hande Erçel "Sense8" serialı ilə tanınan məşhur ispan aktyor Miguel Angel Silvestre ilə filmə çəkilmək istədiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, aktyor da bu fikrə müsbət yanaşıb və öz şəxsi "instagram" səhifəsində "Canım Hande, gəl xəyallarımızı gerçəkləşdirək. Mən də səninlə işləməyi çox istəyərəm" deyib.

Xatırladaq ki, məşhur İspaniyalı aktyor Miguel Angel Silvestre 6 aprel 1982-ci ildə İspaniyada doğulub və aktyorluq karyerasına 2004- cü ildən başlayıb.

Qeyd edək ki, aktyor əvvəllər peşakar tennisçi olsa da, çiynindən aldığı xəsarət səbəbindən bu idman növünü davam etdirə bilməyib.

Gülər Səfərova

Bütün xəbərlər Facebook səhifəmizdə