Gürcüstanın şimalında 4,8 bal gücündə zəlzələ baş verib

Gürcüstanın şimalında 4,8 bal gücündə zəlzələ baş verib

Gürcüstanın şimalında 4,8 bal gücündə zəlzələ olub.

SİA-nın məlumatına görə, bu barədə Avropa-Aralıq Seysmologiya mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Rusiyanın Vladikavkaz şəhərindən təqribən 67 km cənub-şərqdə yerləşib. Təkanların ocağı isə 12 km dərinlikdə olub.

Sosial şəbəkələrdə yeraltı təkanların Tbilisidə və Rusiya Federasiyasının subyektləri - Çeçenistan, Dağıstan, İnquşetiya, Şimali Osetiya ərazisində də hiss olunduğu yazılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə