Qaradərililərin hüquq müdafiəçisi başından vuruldu

Qaradərililərin hüquq müdafiəçisi başından vuruldu

İngiltərədə qaradərililərin haqlarını müdafiə edən Saşa Conson başına vurulan güllədən ağır yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Londondakı qaradərililər tərəfindən qurulan təşkilatdan verilən açıqlamada Consona paytaxtda vəhşicəsinə hücum edildiyi və silahla başından vurulduğu deyilib.

Reanimasiyada müalicə alan 26 yaşlı fəalın vəziyyətinin kritik olduğunu bildirilib. "Hücum bu gün səhər tezdən çoxsaylı ölüm təhdidindən sonra baş verib”, açıqlamada deyilir.

Polis vətəndaşlardan kameralarını yoxlamağı və hüquq müdafiəçisini vuranların tapılması üçün şahidlik etməyi xahiş edib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə