“Daha ölümcül bir virus ortaya çıxacaq” ÜST RƏHBƏRİNİN PROQNOZU

“Daha ölümcül bir virus ortaya çıxacaq” ÜST RƏHBƏRİNİN PROQNOZU

Gec-tez insanlıq, bu vaxta qədər hələ rastlaşmadığı daha təhlükəli bir epidemiya ilə qarşılaşacaq. SİA xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ÜST-nin 74-cü iclasının açılışında deyib.

Baş direktor qeyd edib ki, "Bu virusdan daha çox yoluxucu və ölümcül bir virus olacaq".

Təşkilat rəhbərinin sözlərinə görə, məhz viruslarla mübarizə dövlətlərin rəqabət yox, bir-biri ilə əməkdaşlıq etməsi lazım olduğunu göstərir.

"Əslində, seçimlə qarşısında qalırıq ki, birlikdə hərəkət edək, yoxsa, müdafiəsiz qalaq", deyə Qebreyesus fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Assambleyası 24 may - 1 iyun tarixlərində virtual formatda davam edir. Əsas mövzusu COVID-19 pandemiyasına qarşı mübarizə və yeni qlobal fövqəladə halların qarşısının alınmasıdır. Burada dünyanın hər yerindən nümayəndə heyətləri iştirak edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə