Rusiya və Amerikanın strateji hücum silahlarının sayı açıqlandı - MÜQAYİSƏ

Rusiya və Amerikanın strateji hücum silahlarının sayı açıqlandı - MÜQAYİSƏ

Vaşinqtonun daha çox ballistik raketi, Moskvanın daha çox nüvə başlığı var

Rusiya Xarici İşlər Nazirliyi, 1 mart 2021-ci il tarixinə qədər RF və ABŞ-dakı strateji hücum silahlarının sayı barədə məlumatları yayımlayıb.

SİA Rusiya XİN-in veb saytına istinadən xəbər verir ki, 2021-ci il tarixindən etibarən Rusiya yerüstü qurğularda, həmçinin sualtı qayıqlarda və ağır bombardmançılarda yerləşdirilmiş 517 vahid qitələrarası ballistik raketlərə sahibdir. ABŞ-da isə bunlardan 651 vahid var.

Sənədə görə, Moskva yerüstü qurğulardakı qitələrarası ballistik raketlərdə, sualtı qayıqların ballistik raketlərində və strateji bombardmançı təyyarələrdə yerləşdirilmiş 1.456 nüvə başlığına sahibdir. ABŞ-ın bənzər 1357 vahid silahı var.

Rusiya yerüstü qurğularda, sualtı qayıqlarda və ağır bombardmançılarda yerləşdirilmiş qitələrarası ballistik raketlərin 767 buraxılış sistemlərinə malikdir. ABŞ-da bunlardan 800 vahid var.

Xatırladaq ki, yeni SHS-3 (Strateji hücum silahlarının ixtisarı) müqaviləsi 5 fevral 2011-ci ildə imzalanıb. Razılaşmaya əsasən, fövqəldövlətlər nüvə silahlarını azaldır. Daha əvvəl xəbər verildiyi kimi, növbəti 7 ildə və gələcəkdə silahların ümumi sayı bu həddə əməlidir - yerüstü qurğulardakı, həmçinin sualtı gəmilərdəki və ağır bombardmançı təyyarələrdəki qitələrarası ballistik raketlərin sayı 700-ü, döyüş başlıqlarının sayı 1550-i, buraxılış qurğularının sayı isə 800-ü keçməməlidir.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə