Koronvirusu 1 dəqiqədə aşkar edən test təsdiqlənib

Koronvirusu 1 dəqiqədə aşkar edən test təsdiqlənib

Sinqapurda koronavirusu (Covid-19) bir dəqiqədə nəfəs testi ilə aşkar edə bilən üsul hazırlanıb. Sinqapur Milli Universitetindən verilən açıqlamada Breathonix şirkəti tərəfindən hazırlanan nəfəs testinin ada ölkəsində təsdiqlənmiş ilk analiz sistemi olduğu deyilir.

Nəfəs testinin biri Dubayda, ikisi Sinqapurda üç dəfə sınaqdan keçirilib, 180 xəstə üzərində aparılan təcrübədə testin yüzdə 93 həssaslığı məlum olub.

Sinqapur Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində ölkədə 36 yeni Covid-19 yoluxması aşkarlanıb.

Koronavirusa yoluxma sayının cəmi 61 min 860 olduğu ölkədə bu günə qədər Covid-19-dan 32 nəfər ölüb, qalan 61 min 294 nəfər sağalıb.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə