“Xeyiri özgəyə niyə verək?” prinsipini əsas tutan Rusiyanın Ədliyyə Nazirliyi artıq bu ildən başlayaraq, ölkəyə gələn əmək miqrantlarının sayında məhdudiyyət qoymaq üşün müxtəlif variantlardan yayrarlanmağa çalışır. Gərək ki, bir müddət bundan əvvəl SİA bununla bağlı Rusiya Federal Penitensiar Xidmətinin direktoru Aleksandr Kalaşnikovun fikirlərini öz oxucularına çatdırmışdı. Belə ki, xidmət direktoru ölkəsində cəza çəkən məhbusların xidmətindən yararlanmağın vaxtının artıq çatdığını bildirərək, böyük müəssisələrdə məcburi əmək haqqı alan məhkumlar üçün islah mərkəzlərinin təşkil edilməsini təklif etmişdi.
Onun sözlərinə görə, bu yolla ölkədəki işçi qüvvəsi çatışmazlığı ilə bağlı problemi həll etmək və əmək miqrantlarını yerli məhbuslarla əvəz etmək mümkündür.
Maraqlıdır ki, Kalaşnikovun təklifinə verilən reaksiya özünü çox gözlətməyib. Beləliklə, rus mətbuatının verdiyi məlumata görə, artıq hazırda Rusiyanın səlahiyyətli orqanları 1000 və ya daha çox adam üçün islah əmək mərkəzlərinin yaradılmasını müzakirə edirlər. Qeyd edilməlidir ki, bu barədə Rusiyanın ədliyyə naziri Konstantin Çuyçenko da ötən gün jurnalistlərə verdiyi açıqlamada bildirib.
Hazırda rus iş adamları ilə danışıqlar aparıldığını bildirən ədliyyə naziri bu istiqamətdə fəal işlədiklərini bildirib. O, hətta yaxın gələcəkdə açılacaq islah mərkəzləri və yerlərin sayını artırmağı planlaşdıracaqlarını da bildirib. Rusiyaya, pul dalınca gələn əmək miqrantlarının sayının minumuma endirilməsinin vaxtının artıq çatdığını gizlətməyən Çuyçenko ölkənin böyük şəhərlərdə tikinti sahələrində çalışacaq məhbuslar üçün islah mərkəzlərinin yaradılacağını deyib.
Maraqlıdır ki, rusiyalı ədliyyə naziri miqrant işçilərin yerli məhbuslarla dəyişdirilməsi fikrinin düzgün bir yol olduğunu da gizlətməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB