Qırğızıstan ATƏT-in Parlamentlər Komissiyasının xüsusi təmsilçisi Kimmo Kijunenin bu ölkəyə girişinə qadağa qoyub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ATƏT təmsilçisinin ölkəyə buraxılmamasına isə bir müddət əvvəl ATƏT-in Qırğızıstanla bağlı yaydığı hesabat səbəb olub. Həmin hesabatı məhz Kimmo Kijune hazırlamışdı. Hesabatda ölkənin cənubunda özbəklərlə qırğızlar arasındakı qanlı qarşıdurmalara görə Qırğızıstan hökuməti sərt tənqid olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB