Macarıstan hökuməti vaksinləmə kampaniyasının təbliğinə 30 milyon avro xərcləyib
Macarıstan hökuməti koronavirusa qarşı vaksinləmə kampaniyasının təbliğinə və informasiya dəstəyinə təxminən 30 milyon avro xərcləyib.
SİA xəbər verir ki, bu barədə “Magyar Nemzet” qəzetinin bazar günü buraxılışında məlumat verilib. Məlumatda deyilir: “Ölkə rəsmiləri aktiv informasiya dəstəyi vasitəsi ilə vətəndaşların diqqətini vaksinlənmənin və qeydiyyatın vacibliyinə yönəldib”.
Macarıstan hökuməti hesab edir ki, informasiya kampaniyaları vaksinləmə proqramının uğurla icra olunmasına əhəmiyyətli töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB