Boliviyada mikroavtobus dərəyə aşıb, 5 nəfər həlak olub

Boliviyada mikroavtobus dərəyə aşıb, 5 nəfər həlak olub

Boliviyanın Potosi departamentində mikroavtobus dərəyə aşıb.

SİA-nın "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər həlak olub, 3 nəfər isə xəsarət alıb.

Bildirilir ki, qəzada ölənlər və yaralananların arasında departamentin icra hakimiyyəti orqanlarının əməkdaşları da olub.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə