“Azərbaycan qoşunlarının Ermənistanın “suveren ərazilərinə” daxil olması belə “davam edərsə”, bu halda, bəs bizim parlament seçkilərimiz necə olacaq?”. Qeyd edək ki, bu sualı erməni cəmiyyətinə “Maariflənmiş Ermənistan” fraksiyaının lideri Edmon Marukyan ünvanlayıb.
Fraksiya sədrinə görə, əgər Azərbaycan Ordusu artıq Ermənistan ərazisinə “daxil olublarsa”, o zaman biz hansı seçkilərdən danışa bilərik? Qeyd edək ki, Marukyan hakimiyyətin demarkasiya məsələlərini xalqın arxasında müzakirə etməsini də kəskin tənqid edib.
Qeyd edək ki, ermənilərə bu arada, daha bir “bəd xəbəri” ermənilərin sabiq baş nazırı olmuş Qrant Baqratyan bildirib. Belə ki, o, özünün şəxsi “Facebook” səhifəsində zirehli texnikaya malik mindən artıq Azərbaycan əsgərinin artıq Qara göl ərazisində “böyük tikinti işlərinə” başladıqlarını bildirib.
Baqratyan “böyük ehtimalla” “eməni ərazisi”nə daxil olan Azərbaycan əsgərlərinin bu əraziləri bir daha tərk edəcəklərinə şübhə etdiyini də gizlətməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB