Koronavirusa yoluxma sayı 5 milyonu ötdü - RUSİYADA

Koronavirusa yoluxma sayı 5 milyonu ötdü - RUSİYADA

Rusiyada son sutka ərzində koronavirusa 8951 yeni yoluxma halı qeydə alınıb. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 5 001 505 nəfərə çatıb. Rusiyada son bir gündə 357 xəstə vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 118 482 nəfərdir. İndiyədək 4 617 762 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada altıncı yerdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə