Niderland hökuməti koronavirusa qarşı məhdudiyyətləri yüngülləşdirəcək
Niderland hökuməti ölkədə epidemiya vəziyyətinin yaxşılaşdırılması fonunda 5 iyun tarixindən etibarən koronavirusa qarşı tətbiq olunan məhdudiyyətlərin yüngülləşdirilməsinin 3-cü mərhələsinə keçilməsinin mümkünlüyünü bəyan edib.
SİA yerli “NL Times” xəbər portalına istinadən xəbər verir ki, hökumət kafe və restoranların qapalı şəraitdə müştərilərə xidmət göstərməsinə icazə vermək niyyətindədir.
Yeni qərarla, eyni zamanda, krallığın sakinləri hər gün evdə dörddən çox qonaq qəbul edə biləcəklər. Həmçinin, müəyyən saatlarda kinoteatrların, teatrların və digər qapalı yerlərin açılması planlaşdırılır.
Qeyd edək ki, Niderlandda COVID-19-a yoluxmanın qarşısını almaq üçün ilk məhdudiyyətlər aprelin 28-də tətbiq edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB