Çinin Qansu vilayətində keçirilən ultra dağ marafonu zamanı ən azı 16 nəfər ölüb, beş nəfər isə itkin düşüb.
SİA-nın məlumatına görə, bu barədə "Sinxua" agentliyi xilasedicilərə istinadən bildirib.
Məlumata əsasən, 100 km məsafəlik dağ yürüşü ötən gün səhər Bayin şəhəri yaxınlığında başlayıb. Bu müddət ərzində hava şəraitinin kəskin pisləşməsi səbəbindən görmə imkanları məhdudlaşıb.
Xilasetmə qrupları 16 nəfərin ölümünü təsdiqləyib. Marafonda itkin düşən beş iştirakçının axtarışı davam edir.
Yarış dərhal dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB